Sloveniya Ukraynaya enerji problemlərinin həllində kömək etmək İSTƏYİR

 16:55 17.09.2026     64

Sloveniya Ukraynanın enerji sektorunda yaranan problemlərin həllinə dəstək göstərmək imkanlarını nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bunu Sloveniyanın xarici işlər naziri Tone Kayzer Kiyevə səfəri zamanı bildirib.

“Hazırda Ukraynaya enerji problemlərinin həllində yardım göstərmək imkanlarını nəzərdən keçiririk. Həmçinin pilotsuz uçuş aparatları ilə bağlı sazişi həyata keçirməyə hazırlaşırıq. Bu, mühüm məsələdir”, - deyə Kayzer qeyd edib.

Nazir Sloveniyanın mülki sığınacaqların yaradılması təşəbbüsündə iştirakını da təsdiqləmək niyyətində olduğunu bildirib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən