Ərdoğanla Tramp görüşəcək

 18:00 17.09.2026     57

Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında görüş keçiriləcək.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak açıqlayıb.

Onun sözlərinə görə, danışıqlar Nyu-Yorkda baş tutacaq.

Liderlərin görüşü BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilə bilər.

Qeyd edək ki, sözügedən sessiya sentyabrın 8-dən 28-dək davam edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən