Bu ölkənin Baş naziri istefa VERDİ

 19:45 17.09.2026     58

İsveç Baş naziri Ulf Kristersson parlament seçkilərində müxalifət partiyasının qələbəsindən sonra istefa verdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, o bu xəbəri “X” hesabında bölüşdü.

Kristersson parlament sədrinə ünvanladığı məktubda “Baş nazir vəzifəsindən azad olunmağımı xahiş edirəm”, - deyə yazıb.

Siyasətçi məktubun mətnini sosial şəbəkədə paylaşıb.

“Reuters” agentliyinin məlumatına görə, sentyabrın 13-də İsveç parlamentində mərkəz-sol blokda təmsil olunan müxalifət partiyaları 176, hakim mühafizəkar blok isə 173 yer qazanıb. Bu bloka Sosial-Demokrat Fəhlə Partiyası, Sol Partiya və Yaşıllar Partiyası, həmçinin sosial-demokratları dəstəkləyən Mərkəz Partiyası daxildir.

 

Vumart və Güvən reklamı Vumart Güvən