“Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz açılmayacaq” - İran rəsmisi

 20:11 17.09.2026     50

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdə qaldıqları müddətdə Hörmüz boğazı gəmiçilik üçün açılmayacaq.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Baqer Zülqədər bildirib.

“Cinayətkar Tramp və qaniçən Netanyahu hakimiyyətdən devrilməyənə qədər döyüşçülərimiz Hörmüz boğazını açmayacaqlar”, - deyə o deyib.

İranın Ali Rəhbərinin müşaviri əlavə edib ki, boğazın bağlanması İran xalqının qisasının yalnız ilk mərhələsidir.

Vumart və Güvən reklamı Vumart Güvən