Tramp İranla bağlı qərarını açıqladı

 23:00 17.09.2026     137

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda İrana qarşı hərbi əməliyyatların yenidən başladılması ilə bağlı mühüm qərar verməli olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Axios”a müsahibəsində danışıb.

“İrana gedib onları məhv etmək istəyirəm, yoxsa yox? Bu, mühüm qərardır. Mənim başıma hər şey gələ bilər”, - Tramp deyib.

ABŞ lideri daha əvvəl İranla müharibənin sona yaxınlaşacağına ümid etdiyini bildirmişdi. Eyni zamanda, Trampın gələn həftə BMT Baş Assambleyası çərçivəsində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Oman nümayəndələri ilə görüşməsi gözlənilir. Görüşdə İranla müharibənin növbəti mərhələsinin müzakirə ediləcəyi bildirilir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən