ABŞ və Litva kritik mineralların hasilatı üzrə əməkdaşlıq QURDU

 23:21 17.09.2026     115

ABŞ və Litva kritik əhəmiyyətli resursların hasilatı sahəsində tərəfdaşlıq qurub və mühüm layihələrin birgə maliyyələşdirilməsini planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, iki ölkə arasında kritik əhəmiyyətli minerallar sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu cümə axşamı imzalanıb.

ABŞ nümayəndəsinin sözlərinə görə, Litva və ABŞ qarşıdakı altı ay ərzində prioritet layihələri birgə müəyyənləşdirməyi və onların maliyyələşdirilməsinə həm dövlət, həm də özəl qurumları cəlb etməyi planlaşdırır.

O, həmçinin Litva mütəxəssislərinin yüksək ixtisas səviyyəsinə diqqət çəkib. ABŞ nümayəndəsi ölkənin fotonika və müasir fotonik enerji texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri də qeyd edib.

Qeyd edək ki, avqustun 13-də “Bloomberg” ABŞ və Yaponiyanın Sakit okeanda nadir torpaq minerallarının hasilatı üçün dünyanın ən dərin sualtı mədənini yaratmağı planlaşdırdığını yazmışdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən