“Biz Ukraynanı dəstəkləyirik” - Çexiyanın Baş naziri

 23:33 17.09.2026     113

Çexiya Ukraynanı dəstəkləyir və ukraynalıların ölkə ərazisində olmasından məmnundur.

Redaktor.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş deyib. Onun sözlərini “Avropa həqiqəti” nəşri yayıb.

“Biz Ukraynanı dəstəkləyirik. Ölkəmizdə adambaşına düşən ən çox qaçqın var, biz uşaqların və pensiyaçıların sığortasını ödəyirik. Ukraynalıların burada olmasından məmnunuq”, - Babiş bildirib.

Çexiyanın Baş naziri Ukraynadakı münaqişəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyaraq bunu “qəbuledilməz” hal adlandırıb.

Qeyd edək ki, Babiş daha əvvəl 2022-ci ildə Rusiya ilə Ukrayna arasında sülh əldə etmək imkanının xarici qüvvələrin müdaxiləsi səbəbindən itirildiyini bildirmişdi. Onun sözlərinə görə, həmin il tərəflər sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxın olublar. Lakin proses Ukraynanın Qərbdəki tərəfdaşlarının müdaxiləsi nəticəsində pozulub.

Babiş danışıqların başa çatdırılmamasına görə Britaniyanın keçmiş Baş naziri Boris Consonu birbaşa ittiham etmişdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən