Rusiya ərzaq embarqosunu daha iki il UZATDI

 23:55 17.09.2026     125

Rusiya Prezidenti Vladimir Putin 2014-cü ildə tətbiq edilən ərzaq əks-sanksiyalarının, yəni ərzaq embarqosunun müddətini 2027-2028-ci illər üçün uzadıb. Müvafiq fərman sentyabrın 17-də imzalanıb və rəsmi hüquqi informasiya portalında dərc olunub.

Redaktor.az xəbər verir ki, fərmana əsasən, xüsusi iqtisadi tədbirlərin qüvvədə olma müddəti 2027-ci il yanvarın 1-dən 2028-ci il dekabrın 31-dək uzadılıb.

Ərzaq embarqosu ilk dəfə 2014-cü ildə tətbiq edilib. Məhdudiyyətlər ABŞ, Avropa İttifaqı, Kanada, Avstraliya, Norveç və sonradan siyahıya əlavə edilən bir sıra digər ölkələrdən bəzi kənd təsərrüfatı məhsulları, xammal və ərzaq məhsullarının Rusiyaya idxalına şamil olunur.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi Kreml tərəfindən “dost olmayan addım” kimi qiymətləndirilib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov əlavə anti-Rusiya tədbirlərinin Ukrayna üzrə sülh nizamlanması prosesini çətinləşdirəcəyini bildirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən