Fil sürüsü qanunsuz ov edən şəxsi əzərək ÖLDÜRÜB

 09:14 18.09.2026     105

Cənubi Afrikada fil sürüsü qanunsuz ov edən şəxsi əzərək öldürüb

Redaktor.az “People” nəşrinə istiandla xəbər verir ki, Cənubi Afrikanın Kruger Milli Parkında qanunsuz ov etmək üçün parka daxil olduğu ehtimal edilən şəxslərdən biri fil sürüsünün hücumu nəticəsində ölüb.

Məlumata görə, meşəbəyilər parka qanunsuz daxil olan iki kişi barədə məlumat alıblar.

İlkin məlumata görə, kişilər fillərlə qarşılaşıb. Onlar qaçarkən bir-birindən ayrılıb və əlaqəni itiriblər.

Kişilərdən biri daha sonra evə qayıdaraq partnyorunun itkin düşdüyünü polisə bildirib. O, həmçinin partnyorunun qışqırığını eşitdiyini deyib.

Polis tərəfindən saxlanılan şəxs meşəbəyiləri hadisə yerinə aparıb. Ərazidə fillər tərəfindən öldürüldüyü ehtimal edilən digər şəxsin qalıqları tapılıb.

Axtarış zamanı park əməkdaşları bir camışın cəsədini də aşkarlayıblar. Kişilərin parka daxil olmasının səbəbinin camışın qanunsuz ovlanması olduğu ehtimal edilir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən