İran Hörmüz boğazında tankeri VURDU
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazından “qanunsuz” keçməyə çalışan Toqo bayraqlı tankerin vurulduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, hadisə ABŞ və İran arasında hərbi gərginliyin davam etdiyi bir vaxtda baş verib.
İran İnqilab Keşikçiləri Korpusunun məlumatına görə, tankerin vurulmasından sonra gəmidə yanğın baş verib. İran tərəfi tankerin ABŞ ordusu tərəfindən “təhrik edildiyini və aldadıldığını” iddia edərək onun Hörmüz boğazından keçməyə cəhd etdiyini bildirib.
Açıqlamada İranın Hörmüz boğazına nəzarəti əlində saxladığı vurğulanıb.
“Bölgəni pozan gəmilərin məhv edilməsindən başqa heç bir nəticə olmayacaq”, - deyə İran İnqilab Keşikçiləri Korpusu xəbərdarlıq edib.
NURİYYƏ













