NATO-ya Rusiyadan dərs çıxarmaq tövsiyə OLUNUR

 10:00 18.09.2026     67

NATO ölkələri Rusiyanın gözlənilməz eskalasiyalara münasibətindən nəticə çıxarmalıdır.

Redaktor.az xəbər verir ki, "CNN"in məlumatına görə, Avropanın yüksək vəzifəli rəsmilərindən biri Rusiyanın gözlənilməz eskalasiyalara hazır olmaq baxımından NATO-dan fərqli yanaşmaya sahib olduğunu bildirib.

Onun sözlərinə görə, NATO üçün eskalasiyanı bu şəkildə idarə etmək yeni təcrübədir və alyansın Rusiyanın davranışından öyrənə biləcəyi məqamlar var.

Adının açıqlanmasını istəməyən digər avropalı diplomat isə Rusiyanın məqsədinin Avropa ölkələrini Ukraynaya dəstək verməkdən çəkindirmək və eskalasiya qorxusundan istifadə etmək olduğunu bildirib.

"CNN" qeyd edir ki, son dövrdə Rusiya-Ukrayna müharibəsi fonunda Avropada müxtəlif insidentlər və hava məkanı pozuntuları ilə bağlı narahatlıqlar artıb. NATO-nun 4-cü maddəsi isə üzv ölkələrdən birinin təhlükə gördüyü halda alyans daxilində məsləhətləşmələrin keçirilməsini nəzərdə tutur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən