Cənubi Koreya Hörmüz boğazına hərbçi GÖNDƏRMƏYƏCƏK
Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvə göndərməyəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Li Ce Myonq keçirdiyi mətbuat konfransında bildirib.
“Bir münaqişəyə cəlb olunmağımıza səbəb olacaq heç bir hərbi qüvvə göndərilməyəcək. Müharibəyə girməyəcəyik və müharibəyə cəlb olunmayacağıq”, - deyə prezident vurğulayıb.
Li Ce Myonq bildirib ki, müharibəyə müdaxilə etməmək indiyədək ölkəsinin izlədiyi prinsip olub və bundan sonra da bu siyasət davam etdiriləcək.
O qeyd edib ki, Cənubi Koreya digər ölkələr kimi Hörmüz boğazında vətəndaşlarının, gəmilərinin və xam neft daşınması marşrutlarının təhlükəsizliyini qorumaq üçün mümkün olan bütün tədbirləri görəcək.
NURİYYƏ













