Aİ Rusiyaya qarşı sanksiyaların uzadılması üçün kompromis təklif ETDİ

 14:15 18.09.2026     52

Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı Fransa ilə yaranan fikir ayrılığını aradan qaldırmaq üçün kompromis təklif olunub.

Redaktor.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Aİ Şurasına sədrlik edən İrlandiya və Avropa Xarici Fəaliyyət Xidməti biznesmen Əlşər Usmanovu sanksiya siyahısında saxlamaqla, ona tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılmasını təklif edib. Təklifə əsasən, Usmanovun aktivlərinin dondurulması və Avropa İttifaqına giriş qadağasının ləğv edilməsi nəzərdə tutulur.

Müzakirələrdə iştirak edən şəxslərin sözlərinə görə, Almaniya və İtaliya da daxil olmaqla bəzi ölkələr Fransanın tələbi ilə razılaşa biləcəklərinə işarə ediblər. Lakin Aİ-nin digər üzvləri bu qərara şübhə ilə yanaşır. Bir neçə ölkə isə belə addımın təhlükəli presedent yarada biləcəyini düşünərək buna qəti şəkildə qarşı çıxır.

Avropalı diplomat bildirib ki, üzv dövlətlər sanksiyaları yumşaltmağa başlasalar, bu, Aİ-nin tətbiq etdiyi məhdudiyyətlərə məhkəmədə etiraz edən digər oliqarxlar üçün hüquqi presedent yarada bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən