Pakistanda cümə namazında partlayış – çox sayda ölən var
Pakistanın Xeybər-Paxtunxva əyalətində yerləşən məscidlərdən birinin qarşısında cümə namazı zamanı partlayış törədilib.
Redaktor.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Terror hücumu nəticəsində azı 15 nəfər həlak olub, 50-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Məscidin yerli polis şöbəsinin binasının yaxınlığında yerləşdiyi vurğulanır. Partlayış dalğasından məscidin divarlarından biri çöküb. Hadisə yerində xilasedicilər işləyir.













