Afradan haqqında çıxan xəbərlərə münasibət - FOTO
Türkiyəli aktrisa Afra Saraçoğlu saxlanılması ilə bağlı xəbərlərə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, aktrisa xarici ölkədə olduğunu vurğulayıb.
"Bu gün mətbuatda əks olunan və bir çox həmkarımla birlikdə adımın da çəkildiyi xəbərləri xaricdə olarkən öyrəndim. Çox əvvəldən planlaşdırılan iş səfərimlə əlaqədar hazırda Türkiyədə deyiləm.
Ədalətin öz yerini tapması və prosesin doğru şəkildə irəliləməsi üçün ən qısa zamanda ölkəmə qayıdaraq, hüquq-mühafizə orqanlarımıza ifadə verəcəyəm. Ürəyim rahatdır, hər şeyin aydınlığa qovuşacağına inamım tamdır" deyə, Afra açıqlamada yazıb.
Qeyd edək ki, daha əvvəl aktyor Aras Bulut İynemli, müğənni Seyfullah Sağır (Sefo), aktrisa Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten və keçmiş futbolçu Hasan Şaşın da saxlanıldığı bildirilib.














