Polşa Ukrayna ilə anti-ballistik koalisiyaya qoşulub - Tusk
Polşa Ukraynanın və bir sıra digər ölkələrin "könüllülər koalisiyası"ndakı ballistik raket əleyhinə təşəbbüsünə qoşulub.
Redaktor.az "Euronews"a istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən əvvəl jurnalistlərə bildirib.
O, açıqlamasında Polşanın "könüllülər koalisiyası"nın bir hissəsi olduğunu qeyd edib.
Xatırladaq ki, bir neçə ay öncə Parisdə "könüllü ölkələrin koalisiyası" liderlərinin görüşündən sonra Tusk, Varşavann hazırda yalnız müdafiə sənayesinin layihəyə qoşulmaq imkanlarını təhlil etdiyini bildirmişdi. Həmin vaxt Ukrayna da daxil olmaqla, 10 Avropa ölkəsi qoşulmuşdu.













