Brigitte Makronun kişi olduğunu iddia edən jurnalist ÖLÜB

 17:00 18.09.2026     114

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Brigitte Makronun kişi olduğunu iddia edən fransız jurnalist Nataşa Rey xərçəngdən vəfat edib.

Redaktor.az  xəbər verir ki, bu barədə onun həmkarı Xavier Poussard sosial şəbəkə hesabında məlumat yayıb.

Poussard bildirib ki, Nataşa Rey sentyabrın 13-də Fransanın Saintes şəhərində xərçəng xəstəliyindən dünyasını dəyişib. Jurnalistin sentyabrın 18-də Saintesdəki Saint-Pallet qəbiristanlığında dəfn olunacağı qeyd edilib.

Qeyd edək ki, Rey Brigitte Makronun kişi doğulduğunu iddia edən materialları ilə tanınırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən