Zelenski Ukraynanın büdcə kəsirini “kosmik” adlandırdı

 20:01 18.09.2026     102

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin büdcəsində yaranan maliyyə kəsirini “kosmik” adlandırıb.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə “Karpat səkkizliyi” sammiti çərçivəsində jurnalistlərlə söhbəti zamanı bildirib.

“Ukraynanın pul baxımından kosmik kəsiri var”, - Zelenski deyib.

Ukrayna liderinin sözlərinə görə, ölkə bu böhrandan çıxış yolu tapacaq. O, bunun üçün hansı addımların atılacağını açıqlamayıb, lakin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə məsələni müzakirə etdiyini bildirib. Zelenski yaxın vaxtlarda onunla yenidən görüşərək büdcə kəsirinin aradan qaldırılması ilə bağlı təklifləri müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, Ukraynanın 2027-ci il dövlət büdcəsi layihəsində 1,66 trilyon qrivna, yəni təxminən 37,3 milyard dollar həcmində kəsir nəzərdə tutulub. Bundan əlavə, ölkənin 2026-cı il müdafiə xərcləri üzrə təxminən 27 milyard dollarlıq maliyyə ehtiyacı olduğu bildirilir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən