“Seçkilər keçiriləcək” - Zaxarova
Rusiya “dəhşətli sınaqların” öhdəsindən gəlməyi bacarır və ölkədə seçkilər keçiriləcək.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Komsomolskaya Pravda” radiostansiyasının efirində Ukrayna pilotsuz aparatlarının seçki məntəqələrinə hücumlarını şərh edərkən deyib.
“Belə şəraitdə belə biz toparlanmağı, birləşməyi və bu dəhşətli sınaqların öhdəsindən gəlməyi bacarırıq. Bu, bizim üçün daha da sıx birləşmək üçün bir səbəbdir. Seçkilər keçiriləcək”, - diplomat vurğulayıb.
Qeyd edək ki, Rusiyada seçkilərin ilk günü keçirilir. Vətəndaşlar IX çağırış Dövlət Dumasının deputatlarını, qanunverici və yerli özünüidarəetmə orqanlarının üzvlərini, həmçinin ölkənin səkkiz regionunda ali vəzifəli şəxsləri seçirlər.
Həmin gün Krasnodar diyarında Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının seçki məntəqələrindən birinə düşdüyü barədə məlumat yayılıb.
Xədicə BAXIŞLI













