“Avropa Ukrayna münaqişəsinin həllində maraqlı deyil”

 23:12 18.09.2026     62

Avropa Rusiya ilə Ukrayna arasında münaqişənin həllində maraqlı deyil.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı deyib.

Diplomatın sözlərinə görə, Avropalı siyasətçilər münaqişənin kök səbəblərinin aradan qaldırılmasına yönəlmiş bütün səyləri sarsıtmaq üçün əllərindən gələni edirlər.

Polyanski Avropadakı tərəfdaşları Kiyevi kor-koranə dəstəkləməkdə də ittiham edib.

O bildirib ki, Qərb Ukraynanın ruslara qarşı törətdiyini iddia etdiyi hərəkətlərə göz yumur və bu cür əməllər orada hətta cinayət kimi qiymətləndirilmir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən