Süni intellektdən gələn yanlış məlumat ABŞ ordusunu hərəkətə gətirdi - KİV

 23:46 18.09.2026     116

ABŞ hərbçilərinin süni intellektdən istifadə etməklə hazırladığı hesabat az qala müharibəyə səbəb olacaqmış.

Redaktor.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hesabat “tamamilə yanlış” olub. Lakin buna baxmayaraq, yanlış məlumat ABŞ hərbçilərinin hərbi əməliyyata hazırlaşmasına səbəb olub.

CNN-in məlumatına görə, hadisə yaz aylarında ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının ən intensiv dövründə baş verib. Həmin vaxt amerikalı hərbçilərə Çinə məxsus bir gəminin Yaxın Şərqdə İranın nüvə proqramı üçün komponentlər daşıdığı barədə məlumat daxil olub.

İki mənbənin bildirdiyinə görə, ABŞ hərbçiləri artıq gəminin göyərtəsinə çıxmağa hazırlaşıb, eyni zamanda ABŞ Silahlı Qüvvələrinin hərbi təyyarələri havaya qaldırılıb.

Planlaşdırılan əməliyyat başlamazdan əvvəl ABŞ rəsmiləri hesabatı daha ətraflı araşdırıblar və onun süni intellektin köməyi ilə hazırlandığını müəyyən ediblər.

Məlum olub ki, analitiklərdən biri çat-botdan istifadə edib və süni intellekt gəminin daşıdığı yükü yanlış müəyyənləşdirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən