Polşa raketdən müdafiə üzrə yaradılan koalisiyaya qoşuldu
Polşa raketdən müdafiə üzrə yaradılan koalisiyaya qoşulub.
Redaktor.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk açıqlayıb.
Onun sözlərinə görə, Polşa “bu gündən etibarən böyük layihənin iştirakçısıdır”.
Qeyd edək ki, iyul ayında Ukrayna və Avropanın doqquz ölkəsinin liderləri raketdən müdafiə koalisiyasının yaradılması barədə razılığa gəliblər. Koalisiyaya Böyük Britaniya, Almaniya, Danimarka, Fransa, İtaliya, Niderland, Norveç, İspaniya və İsveç daxil olub.
Birgə bəyanatda Avropanın müdafiəsi üçün gələcək raket təhdidlərinin qarşısını almağa və onları dəf etməyə imkan verəcək inteqrasiya olunmuş raketdən müdafiə arxitekturasının yaradılmasının vacibliyi vurğulanıb.
Həmin ay Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkəsinin “antiballistik koalisiyada” iştirak edə bilməyəcəyini bildirmişdi.
Hərbi ekspert Yuri Knutov isə Avropa və Ukraynanın raketdən müdafiə koalisiyası yaratmaq niyyətinin Kiyevin “Patriot” zenit-raket kompleksləri üçün raket çatışmazlığı ilə əlaqəli olduğunu bildirmişdi. Onun sözlərinə görə, Avropa ölkələri də hava hücumundan müdafiə sistemlərini gücləndirməyə ehtiyac duyurlar.
Xədicə BAXIŞLI













