Ayı hücumlarına görə komendant saatı tətbiq edildi - Bu ÖLKƏDƏ

 09:23 19.09.2026     70

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində qəhvəyi ayıların mütəmadi olaraq şəhər ərazisinə daxil olması və insanlara hücum etməsi səbəbindən komendant saatı tətbiq olunub.

Redaktor.az xəbər verir ki, bu barədə şəhər administrasiyası teleqram kanalında məlumat yayıb.

Qərara əsasən, Baykalsk sakinləri və şəhərə gələn qonaqlar saat 19:00-dan sonra küçələrdə, parklarda və meşəlik ərazilərdə ola bilməzlər. Həmçinin meşələrə giriş tamamilə qadağan edilib.

Məhdudiyyətlər göbələk və giləmeyvə toplamaq məqsədilə şəhərdən kənar ərazilərə səfərlərə də şamil olunur.

Bundan əlavə, ev heyvanlarının gəzdirilməsi ilə bağlı da xüsusi qaydalar müəyyən edilib. Heyvanları yalnız gündüz saatlarında və şəhər daxilində gəzdirməyə icazə verilir.

Hakimiyyət orqanları ev heyvanlarının meşəlik ərazilərdə və şəhər kənarında gəzdirilməsini qəti şəkildə qadağan edib.

 

Vumart və Güvən reklamı Vumart Güvən