Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı

 10:12 19.09.2026     58

Pakistanın Kohat şəhərindəki polis məntəqəsinin ərazisində yerləşən məscidin yaxınlığında törədilmiş terror aktı nəticəsində həyatını itirənlərin sayı 30-u ötüb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Bildirilib ki, ölənlərin sayı 31 nəfərə çatıb.

Pakistanın şimal-qərbindəki Kohat şəhərində yerləşən məscidə hücum sentyabrın 18-də baş verib. "Geo TV" kanalının məlumatına əsasən, dini ocağın da yerləşdiyi "Police Lines" kompleksinin qapıları avtomobillə qırılıb. Partlayıcı maddələrlə dolu maşının partlaması nəticəsində məscidin divarının bir hissəsi uçub. Eyni zamanda, yaxınlıqdakı binalara da ziyan dəyib.

Partlayışdan dərhal sonra silahlı terrorçularla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma olub. Polisdən verilən məlumata görə, məntəqənin ərazisinə ümumilikdə yeddi silahlı daxil olub ki, onlardan da altısı zərərsizləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən