İranda İsrail üçün casusluqda ittiham edilən şəxs edam olundu

 11:00 19.09.2026     71

İranda İsrailin xarici kəşfiyyat xidmətinə (Mossad) casusluq etməkdə günahlandırılan şəxs edam edilib.

Redaktor.az xəbər verir ki, Hüseyn Pedəran adlı şəxs İsfahanda yerləşən hərbi obyektlərlə bağlı həssas informasiyanı “Mossad”a ötürüb.

Belə ki, sözügedən şəxs öz təşəbbüsü ilə “Mossad”la əməkdaşlığa başlayıb və məlumatların kodlaşdırılması ilə bağlı təlim keçib.

O, həssas məlumatları kodlaşdırılmış formada e-mail vasitəsilə İsrail kəşfiyyatına ötürməkdə ittiham edilib.

Vumart və Güvən reklamı Vumart Güvən