Qəzzada 3 ildən sonra təhsil bərpa olundu - 541 min şagird dərslərə BAŞLADI

 17:41 19.09.2026     114

Qəzza zolağında təxminən 3 ildən sonra yeni tədris ili başlayıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bölgədə 541 min şagird yenidən təhsilə cəlb olunub.

Məktəblərin böyük hissəsi dağıdıldığı və ya istifadəyə yararsız vəziyyətə düşdüyü üçün dərslər müvəqqəti təhsil məntəqələrində və çadırlarda təşkil olunur.

Qəzza Təhsil və Ali Təhsil Nazirliyinin məlumatına görə, əyani təhsil üçün 700 təhsil məntəqəsi yaradılıb. Təhsil mərkəzlərinə gedə bilməyən şagirdlər isə dərslərini onlayn formada davam etdirəcəklər.

Nazirlik bildirib ki, uşaqlar təxminən üç illik fasilədən sonra yenidən dərsə qayıdıblar. Tədris ilinin müharibənin yaratdığı ağır şəraitdə başladığı vurğulanıb.

Məlumata görə, bölgədə məktəblərin böyük hissəsi dağılıb, bəziləri isə məcburi köçkünlər üçün sığınacaq kimi istifadə olunur. Bu səbəbdən bir çox ərazidə çadırlar müvəqqəti sinif otaqlarına çevrilib.

UNICEF-in məlumatına əsasən, Qəzzada yüz minlərlə uşaq son üç il ərzində ənənəvi əyani təhsildən kənarda qalıb. Təhsil rəsmiləri bildirirlər ki, uzunmüddətli fasilə şagirdlərin bilik və bacarıqlarına ciddi təsir göstərib.

Buna baxmayaraq, bölgədə təhsil prosesinin bərpası istiqamətində işlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən