Putin gizli səfərbərliyə hazırlaşır - Avropa liderləri

 18:23 19.09.2026     109

Avropa liderləri Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəni genişləndirməyə və NATO ölkələrinə qarşı hibrid hücumları artırmağa hazırlaşmasından narahatdırlar.

Redaktor.az xəbər verir ki, bu barədə “The Telegraph” Qərb kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin iddiasına görə, Rusiya seçkilərdən sonra mümkün “gizli səfərbərlik” üçün inzibati hazırlıq aparır. Bununla belə, kəşfiyyat nümayəndələri 300 min nəfərin cəlb ediləcəyi açıq və genişmiqyaslı səfərbərliyin elan olunacağına şübhə ilə yanaşırlar.

Bildirilir ki, Moskva orduya cəlbetmə fəaliyyətini gücləndirib. Hüquqi və ya maliyyə problemləri olan şəxslərin də hərbi xidmətə cəlb edilməsinə çalışıldığı iddia olunur.

Avropa rəsmiləri bununla paralel olaraq Rusiyanın qitədəki hibrid əməliyyatlarının intensivləşdiyi barədə xəbərdarlıq edirlər.

Moskva hələlik nəşrin bu iddialarına münasibət bildirməyib.

Vumart və Güvən reklamı Vumart Güvən