ABŞ jurnalistikası ölüb - Trampın müşaviri

 22:30 19.09.2026     115

Amerika jurnalistikası ölüb. Ölkənin mediası artıq qərəzsiz və obyektiv deyil, onlar indi sadəcə biznes qurumudur.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Riçard Qrenell bildirib.

“Problem ondadır ki, jurnalistika ölüb. Amerikalılar mediaya kommersiya müəssisələri kimi baxırlar - onlar artıq obyektiv və qərəzsiz işıqlandırma təmin etmirlər. Ona görə də onlara özəl müəssisələr kimi yanaşın”, - deyə Qrenell X-də CNN, MS NOW və "Politico"nun jurnalistlərinin Ağ Evə girişinin rədd edilməsini şərh edərkən deyib.

18 sentyabrda Amerika lideri bir qrup jurnalistin onun administrasiyası haqqında yalan məlumat yaydığına görə Ağ Evə girişinə icazə vermədiyini açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən