Tramp “Süni intellekt qüvvələri” yaradır
ABŞ Prezidenti Donald Tramp “Süni intellekt qüvvələri”nin (AI Force) yaradıldığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkədə paylaşım edib. ABŞ lideri yaxın vaxtlarda süni intellekt sahəsinə cavabdeh olacaq yeni rəhbərin – “AI czar”ın da adını açıqlayacağını bildirib.
Tramp yeni strukturun fəaliyyət istiqamətləri və səlahiyyətləri barədə ətraflı məlumat verməyib.
ABŞ Prezidentinin açıqlamasında “Süni intellekt qüvvələri” Kosmik Qüvvələrlə müqayisə edilsə də, bunun ABŞ Silahlı Qüvvələrinin ayrıca yeni qoşun növü olub-olmayacağı dəqiqləşdirilməyib.
Tramp administrasiyası süni intellektin inkişafına məhdudiyyətlərin artırılmasına ehtiyatla yanaşır və ABŞ-ın bu sahədə qlobal, xüsusilə Çinlə rəqabətdə üstünlüyünü qorumağa çalışır.













