ABŞ Ordusu Karib dənizində narkotik daşıdığı ehtimal olunan katerə zərbə endirdi - VİDEO
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı sentyabrın 19-da, şənbə günü, Karib dənizində “narkotiklərin qanunsuz daşınması üçün istifadə olunan marşrutlarla hərəkət edən” sürətli katerə zərbə endirilməsi barədə məlumat yayıb.
Redaktor.az-ın xəbərinə görə, katerdəki 4 nəfər ölüb
Qeyd edilib ki, etibarlı kəşfiyyat məlumatları bu katerin narkotik qaçaqmalçılığı ilə əlaqəsini təsdiqləyib.
ABŞ Ordusunun katerə endirdiyi zərbənin görüntüsü “X” sosial şəbəkəsində yayımlanıb.
Qeyd edək ki, indiyə qədər ABŞ Ordusunun Karib dənizində narkotik daşıdığı ehtimal olunan gəmilərə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 231 nəfərə çatıb. Bir ildən çoxdur davam edən kampaniya çərçivəsində bu cür 69 zərbə endirilib.
On September 19, under the direction of #SOUTHCOM, Joint Task Force Western Hemisphere executed a lethal, kinetic strike on a go-fast vessel operating along established narco-trafficking routes in the Caribbean. Confirmed intelligence revealed the vessel's active involvement in narco-trafficking. The operation killed four narco-terrorists. #JTFWHEM @DeptofWar @SecWar
— U.S. Southern Command (@Southcom) September 19, 2026













