Çin liderinin səhhəti ilə bağlı narahatlıq yarandı
Çin lideri Si Cinpinpin səhhəti ilə bağlı narahatlıqlar ABŞ-yə planlaşdırılan səfəri ərəfəsində yenidən gündəmə gəlib.
Redaktor.az xəbər verir ki, "The Wall Street Journal" yazır ki, narahatlığa səbəb Si Cinpinpinin sentyabrın 12-də Yeni Dehlidə keçirilən BRICS sammiti çərçivəsində təşkil olunan liderlərin rəsmi şam yeməyində iştirak etməməsi olub. Nəşrin danışdığı mənbələr Çin liderinin tədbirdən son anda imtina etdiyini və özünü yaxşı hiss etmədiyi üçün otelə qayıtdığını bildiriblər.
Si Cinpinpin həmin gün BRICS sammitində iştirak edib və Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli görüş keçirib. Bu, Çin liderinin yeddi ildən sonra Hindistana ilk səfəri olub.
Çin liderinin tədbirdən kənarda qalması onun ABŞ-yə planlaşdırılan səfəri ərəfəsində diqqəti daha da artırıb. Si Cinpinin ABŞ Prezidenti Donald Trampla görüşünün gələn həftə keçirilməsi nəzərdə tutulur. Gündəliyin əsas mövzuları arasında ticarət, süni intellekt, Tayvan və digər ikitərəfli məsələlərin olacağı gözlənilir.
Qeyd edək ki, BRICS sammitindən sonra Si Cinpinin səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Bəzi paylaşımlarda onun insult keçirdiyi və xəstəxanaya yerləşdirildiyi bildirilsə də, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib. Hindistan Xarici İşlər Nazirliyi belə iddiaları “saxta və yanıltıcı” adlandırıb.
Bununla yanaşı, "The Wall Street Journal"ın mənbələri Si Cinpinin şam yeməyinə qatılmamasını onun həmin vaxt özünü yaxşı hiss etməməsi ilə əlaqələndiriblər.













