Şimali Koreya Yapon dənizi istiqamətində raket atıb
Şimali Koreya Yapon dənizi (Şərq dənizi) istiqamətinə növbəti naməlum mərmi fırladıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinə (JCS) əsaslanaraq məlumat yayıb.
Məlumata görə, Cənubi Koreya hərbçiləri Pxenyan tərəfindən atılan raketin uçuş trayektoriyasını və texniki göstəricilərini təhlil edir. Yaponiyanın Müdafiə Nazirliyi də raketin Yaponiya dənizinə doğru atıldığını və böyük ehtimalla eksklüziv iqtisadi zonadan kənara düşdüyünü bəyan edib.
Bildirilir ki, bu addım Pxenyana qarşı keçirilən ABŞ, Cənubi Koreya və Yaponiyanın birgə hərbi təlimlərindən və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Şimali Koreya nüvə proqramına dair qətnaməsindən dərhal sonraya təsadüf edir. Sınaq regionda hərbi-siyasi gərginliyi daha da kəskinləşdirib.
Qeyd edək ki, Pxenyan son aylarda hərbi çəpərləmə və raket sınaqlarını intensivləşdirərək Vaşinqton və Seulun hərbi manevrlərinə cavab verdiyini bildirir.
Aminə ŞAHSUVARQIZI













