İran Silahlı Qüvvələri döyüş hazırılığını maksimum səviyyəyə qaldırıb - Tehrandan adekvat cavab XƏBƏRDARLIĞI
İran Silahlı Qüvvələri əməliyyat hazırlığı səviyyəsini maksimuma çatdırıb və ehtimal olunan hərbi ssenarilərə qarşı hərtərəfli cavab planları hazırlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Russia al-Youm" telekanalına istinadən "Mehr" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, adı açıqlanmayan İran rəsmisi bildirib ki, müdafiə planlarına quru, hava və dəniz qüvvələrinin uzlaşdırılmış hərəkətləri daxil edilib. İran tərəfi Amerika və İsrail hərbi qüvvələrinə, onların regiondakı obyektlərinə və əlaqəli maraqlarına "ağır, genişmiqyaslı və gözlənilməz" cavab verməyə tam hazır olduğunu bəyan edib. Rəsmi şəxs təhlükəsizlik mülahizələrinə görə cavab tədbirlərinin konkret detallarını və onların hansı şəraitdə işə salınacağını açıqlamayıb.
Bildirilir ki, bu bəyanat İran, ABŞ və İsrail arasında regionda getdikcə dərinləşən hərbi-siyasi gərginlik və qarşılıqlı xəbərdarlıqlar fonunda səsləndirilib.
Qeyd edək ki, Tehran rəsmi Vaşinqton və Təl-Əvivin hər hansı mümkün hərbi müdaxiləsinə qarşı cavab tədbirlərinin əvvəlki əməliyyatlardan daha sərt olacağını vurğulayır.
Aminə ŞAHSUVARQIZI













