Rusiyada ayı 2 nəfəri parçaladı

 14:27 20.09.2026     60

Rusiyanın Tomsk vilayətinin Kolpaşevo rayonunda ayının hücumu nəticəsində iki nəfər ölüb.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, 44 yaşlı ferma işçisi sentyabrın 18-də itkin düşən inəyi axtarmaq üçün Sever kəndi yaxınlığındakı meşəyə gedib və geri qayıtmayıb.

Ertəsi gün onu axtarmağa yollanan 46 yaşlı kənd sakinindən də xəbər almaq mümkün olmayıb. Sentyabrın 20-də hər iki şəxsin meyiti meşəlik ərazidə aşkarlanıb.

İnsanlara hücum etdiyi bildirilən ayı zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən