Rusiyada üçgünlük seçkilər başa çatdı
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarına görə, Rusiyada Dövlət Dumasına üçgünlük seçkilər başa çatıb və səslərin sayılmasına başlanılıb.
Redaktor.az xəbər verir ki, Kalininqrad vilayətindəki seçki məntəqələri sonuncu, Kamçatka və Çukotkadakı seçki məntəqələri isə birinci bağlanıb.
Səsvermə yerli vaxtla səhər saat 8:00-dan axşam saat 8:00-dək davam edib. 20 sentyabr saat 20:55-ə olan ilkin seçici fəallığı 56,66% təşkil edib.
18-20 sentyabr tarixlərində ruslar yeni 9-cu çağırış Dövlət Dumasına deputatlar seçiblər.













