Ana yeni doğulan körpəsini zibil qutusuna ATDI
Malayziyada hava limanının tualetində zibil qutusuna atılan yeni doğulmuş körpə sağ tapılıb.
Redaktor.az xəbər verir ki, hadisə Penanq hava limanında baş verib. Körpəni təmizlik işçisi aşkarlayıb və polisə məlumat verib.
Polis əməkdaşı plasentası və göbək bağı hələ də üzərində olan körpəni zibil qutusundan çıxararaq təcili tibbi yardım işçilərinə təhvil verib. Xəstəxanada müayinə olunan uşağın vəziyyətinin yaxşı olduğu bildirilib.
Polis hava limanındakı təhlükəsizlik kameralarının görüntülərini araşdırdıqdan sonra körpənin anası olduğu ehtimal edilən 23 yaşlı qadını saxlayıb. Hadisə ilə bağlı 22 yaşlı Myanma vətəndaşı da həbs edilib.
Hazırda uşağın atasının kimliyi DNT testi vasitəsilə müəyyənləşdirilir. Malayziyada 12 yaşından kiçik uşağı nəzarətsiz qoyan şəxslər yeddi ilədək həbs cəzası ilə üzləşə bilər.
Aytəkin TOFİQQIZI













