Suriyanın Hələb şəhərində partlayışlar OLDU
Suriyanın şimalında yerləşən Hələb şəhərində sursat anbarında partlayışlar baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə “Al-Ikhbariya” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Suriya ordusuna məxsus hərbi anbarda sursatların partlaması nəticəsində baş verib. Hadisə yerinə təcili yardım maşınlarının daxil olaraq yaralıları çıxarması hələlik mümkün olmayıb.
Suriyanın keçid hökumətində fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Raid əs-Salehin sözlərinə görə, hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb.
Nazir bildirib ki, bunlar ilkin məlumatlardır və sursatların partlaması davam edir. Hadisə yerinin yerləşdiyi Əl-Əys ərazisində xilasedici qruplar fəaliyyətə başlayıb, lakin əraziyə giriş hələ də çətin olaraq qalır.
O, yerli sakinləri hərbi anbara yaxınlaşmamağa, hadisə yerini foto və videoya çəkməməyə, evlərində qalmağa və hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyə çağırıb.
NURİYYƏ













