Çeçenistanda Kadırovun seçki nəticəsi açıqlandı - 99,85 faiz

 10:27 21.09.2026     68

Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov region rəhbəri seçkilərində yenidən qalib gəlib.

Redaktor.az Rusiya Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, seçki məntəqələrində protokolların 100 faizi emal edilib.

Nəticələrə əsasən, “Vahid Rusiya” partiyasının üzvü olan Kadırov seçicilərin 99,85 faizinin səsini toplayıb.

Kadırovun seçkilərdə iki rəqibi olub. “Ədalətli Rusiya” partiyasının namizədi İsmail Denilxanov və Rusiya Kommunist Partiyasından Xalid Nakayev seçicilərin hər birinin 0,05 faizinin səsini qazanıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən