Pezeşkian ABŞ-yə gedir

 13:47 21.09.2026     83

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.

Redaktor.az-ın xəbərinə görə, bu barədə İran Prezidentinin ofisindən bildirilib.

Məlumatda qeyd edilib ki, Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etmək məqsədilə sabah Nyu-Yorka yola düşəcək.

Məlumata görə, ABŞ hökuməti İran Prezidentinin media heyətinə viza verməyib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi dünən axşam Nyu-Yorka yola düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən