6 qadının qətlində şübhəli bilinən şəxslə bağlı yeni İTTİHAM

 15:35 21.09.2026     60

ABŞ-nin Oreqon ştatında altı qadını qətlə yetirdiyi ehtimal olunan şəxslə bağlı istintaq davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə “People” məlumat yayıb.

41 yaşlı Cessi Kalhoun 2024-cü ildən həbsdədir. O, əvvəlcə Portland ərazisində beş qadını qətlə yetirməkdə ittiham olunub. Həmin qadınların qalıqları 2022-ci ilin sonu ilə 2023-cü ilin ortaları arasında Oreqonun şimal-qərbində və Vaşinqtonun cənub-qərbində yerləşən meşəlik ərazilərdə aşkarlanıb.

Sentyabrın 16-da Kalhouna qarşı yeni ittiham irəli sürülüb. Müstəntiqlər hesab edirlər ki, onun ilk qurbanı 2022-ci ildə yoxa çıxan 32 yaşlı Elizabet Gibson olub.

Gibson noyabr ayının ortalarında itkin düşüb. Lakin polis onun yoxa çıxması barədə yalnız 2023-cü ilin martında, qadının dostlarından birinin müraciətindən sonra məlumat əldə edib. Gibsonun qalıqları hələ də tapılmayıb. Buna baxmayaraq, müstəntiqlər Kalhounu ittiham etmək üçün kifayət qədər sübut topladıqlarını bildiriblər.

Məlumata görə, Kalhoun 2024-cü ildə həbs olunmazdan əvvəl də bir neçə dəfə məhkumluq həyatı yaşayıb. 2019-cu ildə o, polis əməkdaşına hücum və oğurluqla bağlı cinayətlərə görə həbs edilib. Həmin vaxt onun polis itini boğmağa cəhd etdiyi də bildirilir.

2020-ci ildə isə Kalhoun meşə yanğınlarının söndürülməsində könüllü iştirak edib. Bundan sonra cəzası azaldılıb və o, 2021-ci ildə azadlığa buraxılıb.

İstintaqın məlumatına görə, Kalhoun azadlığa çıxdıqdan qısa müddət sonra qadınlara hücum etməyə başlayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən