"Ukrayna Polşa ilə vahid dövlət yaratmaq istəyib" - Kaçinski

 18:19 21.09.2026     68

"Müharibənin əvvəlində Ukrayna münaqişəni genişləndirmək və NATO üzvlüyünü qazanmaq üçün Polşa ilə vahid dövlət yaratmaq istəyib". 

Redaktor.az xəbər verir ki, bunu Müxalifətdəki Hüquq və Ədalət (PiS) partiyasının lideri Yaroslav Kaçinski "Rzeczpospolita" qəzetinə verdiyi müsahibədə deyib. 

Onun sözlərinə görə, Kiyev bəzən Varşavadan "razılaşa bilməyəcəyi" şeylər gözləyirdi. Siyasətçi əlavə edib ki, buraya Polşanı "hətta vahid dövlət yaratmaqla belə" münaqişəyə cəlb etmək kimi "qəribə bir konsepsiya" da daxil idi.

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Seymdəki çıxışı məhz bu istiqamətdə idi. Bundan əlavə, onlar NATO-ya qoşulmağı da müzakirə etdilər. Görünür, onlar bu cür məqsədlərə nail ola biləcəyinə inanırdılar, amma mən o qədər də əmin deyiləm", - Kaçinski deyib.

Vumart və Güvən reklamı Vumart Güvən