Bu ölkələrdə kişilər kipriklərini kəsirlər - SƏBƏB

 18:38 21.09.2026     61

Türkiyədə kişilər arasında kipriklərin qısaldılması ilə bağlı qeyri-adi gözəllik trendi yayılıb. 

Redaktor.az xəbər verir ki, xüsusilə Mersin şəhərində bəzi bərbərlər müştərilərin tələbi ilə kiprikləri qayçı və ya maşınla qısaldırlar. 

Trendin tərəfdarları uzun kipriklərin qadınsayağı görünüş yaratdığını, onları qısaltmağın isə daha sərt və “kişi” görünüş verdiyini düşünürlər. Sosial şəbəkələrdə yayılan videoların ardından bu praktikanın başqa ölkələrdəki bərbərxanalara da yayıldığı bildirilir.   

Lakin oftalmoloqlar kipriklərin gözləri toz və digər yad hissəciklərdən qoruduğunu bildirərək onların kəsilməsini məsləhət görmürlər. Mütəxəssislərə görə, yanlış kəsim göz səthində qıcıqlanma və zədələnmə riski yarada bilər.     

Qeyd edək ki, bəzi ekspertlər sosial şəbəkələrdəki videoların bir hissəsinin sadəcə diqqət cəlb etmək məqsədi daşıya biləcəyini bildirirlər.

Vumart və Güvən reklamı Vumart Güvən