BMT Təhlükəsizlik Şurası iflic vəziyyətinə düşüb - Quterreş
BMT Təhlükəsizlik Şurası geosiyasi parçalanma səbəbindən iflic vəziyyətinə düşüb və bu, cəzasızlıq mühiti yaradır.
Redaktor.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.
“Biz BMT Təhlükəsizlik Şurasının fəaliyyətini iflic edən dərin geosiyasi parçalanma ilə üzləşmişik”, – deyə o qeyd edib.
Quterreş müasir silahlı münaqişələrin getdikcə daha mürəkkəb və çoxsaylı xarakter aldığını vurğulayıb.
Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin formalaşmaqda olan çoxqütblü dünyanın BMT Nizamnaməsinin normalarına əsaslanmalı olduğunu bildirib.
Putin sentyabrın 1-də isə BMT-nin potensialının “heç də tam açılmadığını” qeyd edərək, təşkilatın dialoq, diplomatiya və əməkdaşlıq üçün unikal platforma olduğunu vurğulayıb.
Xədicə BAXIŞLI













