Lavrov Quterreşlə görüşəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 24-də BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində təşkilatın baş katibi Antonio Quterreşlə görüşəcək.
Redaktor.az xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.
“Cənab Lavrova gəlincə, xatırladığım qədərilə, görüş cümə axşamı axşam saatlarına planlaşdırılıb”, – deyə o, müvafiq suala cavabında bildirib.
Düjarrik əlavə edib ki, Quterreş həm Rusiya, həm də Ukrayna nümayəndələri ilə mütəmadi əlaqə saxlayır. Bununla belə, o, hazırda Baş Assambleya çərçivəsində üçtərəfli görüşün keçirilməsi ehtimalı barədə məlumata malik olmadığını qeyd edib.
Xədicə BAXIŞLI













