ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik - Hakan Fidan

 22:08 21.09.2026     61

"Yəməndəki münaqişə və İsrailin bölgədəki sabitliyi pozan siyasəti diplomatiyanı bloklayır. Onlarla mübarizə aparmaq effektiv regional məsuliyyətdir. Bu, sıx əməkdaşlıq tələb edir. Xüsusilə, ABŞ-nin regional və qlobal sülh və sabitliyi pozan siyasətlərə son qoymaq üçün İsrail üzərindəki təsirindən daha çox istifadə etməsini gözləyirik".

Redaktor.az xəbər verir ki, bunu Nyu-Yorkda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan "Türkiyə-ABŞ münasibətləri 100-cü ilə qədəm qoyuruq" panelində çıxış edib.

Onun sözlərinə görə, Qəzza bölgədə təhlükəsizlik, əməkdaşlıq və rifah qurmaq üçün ortaq potensial sınağı olaraq qalır: "Fələstində mülki əhaliyə qarşı davam edən vəhşiliklər qlobal vicdanı dərindən yaralayıb və beynəlxalq sistemə qarşı etimadı düzəlməz şəkildə sarsıdıb".

Fidan Türkiyə-ABŞ əməkdaşlığının qonşu bölgələrdə, xüsusən də Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün birgə fəaliyyətə gətirib çıxara biləcəyini qeyd edib: "Biz Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik. Ukraynada davamlı sülhə nail olmaq üçün dialoq və diplomatiyanın yanındayıq. ABŞ ilə diplomatik münasibətlərimizin ikinci əsrində məqsədimiz Türkiyə-Amerika tərəfdaşlığından qlobal sülh və sabitliyin daha böyük faydası üçün istifadə etməkdir".

Vumart və Güvən reklamı Vumart Güvən