100 yaşlı qadın uzunömürlülüyünün sirlərini açıqladı
ABŞ-nin Nyu-Cersi ştatında yaşayan 100 yaşlı Natali Qreqer uzunömürlülüyünün sirlərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Qadının sözlərinə görə, yüngülxasiyyətli olmaq və həyata pozitiv yanaşmaq onun gənc qalmasına kömək edir.
Qreqer uzunömürlülüyünün digər sirrinin fiziki aktivlik olduğunu bildirib. O qeyd edib ki, 2025-ci ilə qədər hər gün rəqs edib və gəzintiyə çıxıb.
Bundan əlavə, qadın qidalanmasına diqqət yetirir və səhərlər geyinib-kecinməyi sevir. Onun sözlərinə görə, bu, bütün gün ərzində əhvalını yüksəldir.
“Nəzarət edə bilmədiyim şeylərə görə narahat olmuram. Düşünürəm ki, hər gün sizə bəxş olunan anlardan zövq almaq, pozitiv qalmaq və gülümsəmək üçün səbəblər tapmağa davam etmək lazımdır”, – deyə o əlavə edib.
Xədicə BAXIŞLI













