Makron Avropa Komissiyasından Aİ-nin yanacaqla bağlı tələblərini yumşaltmasını İSTƏDİ
Fransa Prezidenti Emmanuel Makron Avropa Komissiyasının sədri Ursula fon der Leyendən qiymətləri aşağı salmaq üçün yanacaqla bağlı keyfiyyət standarlatını müvəqqəti olaraq yumşaltmağı xahiş edib.
Redaktor.az xəbər verir ki, Makron Aİ-nin mövcud yanacaq keyfiyyəti tələblərinin müstəsna və müvəqqəti olaraq yumşaldılmasını təklif edir. O, bu tədbirin neft emalı zavodlarında istehsalın artırılmasına imkan verəcəyinə inanır.
Bundan əlavə, Makron yanacaq qarışığında bioyanacağın payına qoyulan məhdudiyyətlərin yumşaldılmasına çağırış edib. Bu, bazarda dizel yanacağının tədarükünün artmasına kömək etməlidir.
Bu təkliflər qısa müddətdə yanacaq xərclərini azaltmağa yönəlib.
Sentyabrın 20-də Fransada dizel yanacağının orta qiyməti rekord həddə - litri 2,41 avroya çatdı.













