Tramp və Zelenskinin Nyu-York görüşünün vaxtı AÇIQLANDI

 09:45 22.09.2026     88

ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin jurnalistlər üçün məlumatında bildirilib.

Məlumata görə, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Moskva vaxtı ilə saat 20:15-də keçiriləcək. Trampın Zelenski ilə görüşə bir saat vaxt ayırdığı qeyd olunur.

Görüş zamanı Ukrayna tərəfinin gündəliyinə münaqişənin həlli istiqamətində gələcək diplomatik səylər, energetika, hava hücumundan müdafiə sistemlərinin tədarükü və Ukraynada ABŞ lisenziyası əsasında “Patriot” kompleksləri üçün raketlərin mümkün istehsalı məsələlərinin daxil olduğu bildirilir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən