Zelenski ABŞ-də ilk görüşünü KEÇİRDİ

 11:19 22.09.2026     67

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-yə səfəri çərçivəsində senatorlarla görüşüb və səfərinin ilk nəticələrini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.

O bildirib ki, Nyu-Yorka səfərini ABŞ senatorları ilə görüşlə başlayıb. Görüş zamanı ABŞ Prezidenti ilə müzakirə edəcəyi gərginliyin azaldılması ilə bağlı təkliflər barədə senatorlara məlumat verib.

Zelenski həmçinin Ukraynanın ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərə ehtiyac duyduğunu qeyd edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən