Türkiyədə məktəbin yaxınlığında silahlı hücum: 1 ölü,10 yaralı - YENİLƏNİB
Türkiyənin Manisa vilayətində silahlı insidentdə xəsarət alanların sayı 11-ə çatıb.
Redaktor.az xəbər verir ki, silahlı hücumu törədən şəxsin valideynləri və babası saxlanılıb.
***
Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında silahlı insident baş verib.
Redaktor.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagirdlərin sayı 10-a çatıb. Onlardan birinin həyatını itirdiyi bildirilir.
İnsidentin məktəbin yaxınlığında baş verdiyi qeyd olunur. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin polis tərəfindən saxlanıldığı bildirilir.
Turgutlu Rayon Valiliyindən verilən açıqlamada hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.
“Hazırda əməkdaşlarımız hadisə ilə bağlı araşdırmaları davam etdirir. İctimaiyyətə hadisənin gedişatı ilə bağlı əlavə məlumat veriləcək”, – açıqlamada qeyd olunub.
Hadisənin səbəbləri və digər təfərrüatlarla bağlı araşdırmalar davam edir.













